Nəsimi rayon Mərkəzi kitabxanası

Nəsimi rayon MKS
Elanlar
8 Noyabr , 2018

Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayragı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur. Bununla əlaqədar Nəsimi rayon Mərkəzi Kitabxana Sisteminin 3 saylı filialında  9 noyabr  Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı sərgi təşkil olunub.