Nəsimi rayon Mərkəzi kitabxanası

Nəsimi rayon MKS
Tədbirlər
13 Dekabr , 2018
Dekabrın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nəsimi rayon MKS –nin 2 saylı filialı 240 saylı tam orta məktəbin şagird və müəllim kollektivi ilə birgə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarına ziyarət təşkil edib. 

Əvvəlcə ziyarətçilər Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərə dərin ehtiramlarını bildiriblər.

Daha sonra məktəb müəlliməsi Gülşən Hacıyeva çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib.Bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin və dövlətçiliyin əbədi olmasını təmin edib. Ölkəmizi günü-gündən çiçəklənməsində və inkişaf etməsində bu dahi şəxsiyyətə borcluyuq.