Nəsimi rayon Mərkəzi kitabxanası

Nəsimi rayon MKS
Tədbirlər
22 Yanvar , 2019

Yanvarın 21-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Nəsimi rayonunda yerləşən   42 saylı orta məktəbin 4-cü sinif şagirdləri ilə birlikdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

İlk öncə şagirdlər  “Fəxri Xiyabanını” Ulu öndər Heydər Əliyev və digər görkəmli şəxsiyyətlərin  məzarını ziyarət etdilər.

Sonra   şəhidlər xiyabanına gedib Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının  məzarını ziyarət etdilər. Sinif müəlliməsi Həbibova Xatirə vətən uğrunda qurban vermiş mərd, igid oğul və qızlarımız haqqında geniş məlumat verdi. Onların xatirəsi yad edilib, məzarları önünə tər qərənfillər düzüldü.