Nəsimi rayon Mərkəzi kitabxanası

Nəsimi rayon MKS
Tədbirlər
27 Noyabr , 2019

Noyabrın 26-da Suraxanı rayon Heydər  Əliyev Mərkəzində  Bakı  Şəhər   Mədəniyyət  Baş  İdarəsinin  təşkilatçılığı  ilə böyük  Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş oxucular arasında şeir müsabiqəsinin təltifolunma mərasimi keçirilib.

Tədbirdə Bakı  Şəhər  Mədəniyyət  Baş İdarəsinin Mədəniyyət siyasəti sektorunun müdiri  Səbinə  Məmmədova, Suraxanı rayon  İcra  Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər   şöbəsinin müdiri  Barxudar  Barxudarov, müsabiqənin Münsiflər  heyətinin üzvləri-  filologiya   üzrə  fəlsəfə doktoru, şair  Zəkulla  Bayramlı,  filologiya   üzrə  fəlsəfə doktoru  Akif  Azalp, filologiya   üzrə  fəlsəfə doktoru Qürbət  Mİrzəzadə çıxış edərək  müsabiqə qaliblərini  təbrik ediblər. Onlara  Diplom, Fəxri fərman və hədiyyələr  təqdim olunub.

Tədbir iştirakçıları Suraxanı rayon Heydər  Əliyev  Mərkəzinin rəsm müəllimi Aynur  Novruzovanın yetirmələrinin Nəsimiyə həsr etdikləri  rəsmlərlə tanış olublar. Balaca istedadlara Fəxri  fərman və hədiyyələr verilib.  Mərasimdə, həmçinin, Nəsiminin yaradıcılığına həsr olunan videoçarx  nümayiş olunub.