Nəsimi rayon Mərkəzi kitabxanası

Nəsimi rayon MKS
Tədbirlər
21 Yanvar , 2020

Yanvarın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2№ filialı Nəsimi rayonunda yerləşən  240 saylı orta məktəbin 5-ci  sinif şagirdləri ilə birlikdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

İlk öncə şagirdlər “Fəxri xiyabanı”nı  ziyarət etdilər.

 Sonra  Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının  məzarını ziyarət etdilər.  Sinif müəlliməsi Səbinə Yusifova  vətən uğrunda qurban vermiş mərd, igid oğul və qızlarımız haqqında geniş məlumat verdi. Onların xatirəsi yad edilib, məzarları önünə tər qərənfillər düzüldü.